Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Ötən il Ortamüddətli xərclər çərçivəsi üzrə büdcədən 5,8 mlrd. manatdan çox vəsait xərclənib

 

Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiq olunduğu pilot bölmələr (“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”) üzrə 2024-cü ildə cəmi 21 strateji hədəfin reallaşdırılması məqsədilə 25 proqramın icrasına 5 mlrd. 847,7 mln. manat vəsait ayrılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.

Qeyd edilib ki, OMXÇ-yə ayrılan vəsait büdcə xərclərinin 15,5%-ni (2023-cü ildə 14,9%) təşkil edib. Müvafiq pilot bölmələr üzrə xərclər əvvəlki illə müqayisədə 416,7 mln. manat və yaxud 7,7% artıb.

Məlumata görə, ötən il OMXÇ üzrə ən böyük vəsait təhsillə bağlı tədbirlərin həyata keçirilməsi üçün ayrılıb və 4 milyard 390,1 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 265,3 milyon manat və ya 6,4% çoxdur. Təhsil xərcləri 10 strateji hədəfi əhatə edən 11 proqram və 105 tədbir üzrə nəzərdə tutulub.

Kənd təsərrüfatı sahəsinə isə 1 milyard 95,8 milyon manat ayrılıb. Bu, əvvəlki ilə nisbətən 148,2 milyon manat və ya 15,6% artım deməkdir. Vəsait 6 strateji hədəf üzrə 8 proqram və 27 tədbirin icrasına yönəldilib.

Ətraf mühitin mühafizəsi sahəsində isə 361,9 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki dövrlə müqayisədə cəmi 3,3 milyon manat və ya 0,9% artım deməkdir. Bu vəsait 5 strateji hədəfi əhatə edən 6 proqram üzrə istifadə olunur.

Ümumilikdə Hesablama Palatası bu sahələr üzrə ayrılan vəsaitlərin məqsədyönlü və nəticəyönümlü istifadə edilməsini təmin edəcək mexanizmlərin formalaşdırılmasını, qiymətləndirmə və hesabatlılıq sistemlərinin təkmilləşdirilməsini, eləcə də qanunvericilikdə OMXÇ ilə bağlı dəqiq müddəaların əlavə olunmasını vacib hesab edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam