Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İlham Əliyev gürcüstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Gürcüstan liderini təbrik edib
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.

Yenixeber.org: Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

26 May – Müstəqillik Günü münasibətilə Sizə və dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan və Gürcüstanı əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan möhkəm münasibətlər birləşdirir. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi bizi sevindirir.

Etibarlı strateji tərəfdaş olan ölkələrimizin energetika sahəsində əməkdaşlığı, birgə reallaşdırdığımız layihələr həm xalqlarımız, həm də daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət kəsb edərək bu gün bir çox ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişdir. Fəal siyasi dialoqumuz iqtisadi-ticari, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı zəmin yaratmışdır.

Sizin bu yaxınlarda Azərbaycana rəsmi səfəriniz çərçivəsində səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü və apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, bir-birinə qırılmaz tellərlə bağlı olan ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-Gürcüstan ənənəvi dostluğu və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə dərinləşməyə və möhkəmlənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam