Rusiyanın itkiləri yenilənir -STATİSTİKA
Ukrayna müharibənin 1187-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 980 850 hərbçi, 10 854 ədəd tank, 22 633 ədəd zirehli döyüş maşını, 28 269 ədəd artilleriya sistemi, 1 396 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 169 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 49 751 ədəd avtomobil texnikası, 37 367 ədəd PUA, 3 203 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 902 xüsusi avadanlıq itirib.