Ukraynanın itkiləri yenilənir -STATİSTİKA
Rusiya müharibənin 1186-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 59 158 PUA-sı, 607 zenit-raket kompleksi, 23 511 tank və digər zirehli texnikası, 1 563 reaktiv yaylım atəş sistemi, 25 233 artilleriya və minaatanı, 35 888 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.