Qriqoryan Moskvaya getməkdən imtina etdi
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 27-29-da Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək Yüksək Təhlükəsizlik Nümayəndələrinin XIII Beynəlxalq Toplantısında iştirak etməyəcək.
Yenixeber.org xəbər verir ki, bu barədə “Armenpress”in sorğusuna cavab olaraq Təhlükəsizlik Şurasının aparatından bildirilib.
Qriqoryanın Moskvaya getməməsi Ermənistanda keçiriləcək Respublika Gününə həsr olunmuş tədbirlərdə iştirakla əlaqələndirilib.