Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Orban Ukraynadan danışdı:Kiyev bunun üçün “ciddi resurslardan” istifadə edəcəyik

Macarıstan Baş naziri Viktor Orban

Ukrayna xüsusi xidmət orqanları Macarıstan ərazisində əməliyyat tədbirləri həyata keçirir və Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması ideyasını təbliğ etmək üçün yerli müxalifətdən istifadə edir.

Yenixeber.org: Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

“Onların xüsusi xidmət orqanları Macarıstan ərazisində hansısa yolla Macarıstan hökumətini bizim maraqlarımıza zidd olan belə bir qərar qəbul etməyə məcbur etmək üçün əməliyyat tədbirləri həyata keçirir”, - deyə siyasətçi bildirib.

Eyni zamanda o, Ukrayna agentlərinin ictimai rəyə təsir etmək üçün Macarıstan müxalifətini səfərbər etməyə çalışdığına diqqət çəkib. Spikerin sözlərinə görə, Kiyev bunun üçün “ciddi resurslardan” istifadə edəcək.

Orban daha əvvəl bəyan etmişdi ki, Ukraynanın Aİ-yə daxil olması Macarıstan üçün böyük təhlükə yaradır və onun milli maraqlarına ziddir. Baş nazir qeyd edib ki, belə bir ssenaridə onun ölkəsi qonşu respublikadan kütləvi miqrasiya təhlükəsi ilə üz-üzədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam