Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İcma: Ermənistanın qayıdış hüququnu təmin etmək əvəzinə təhrif edilmiş bəyanatlar yayması qəbuledilməzdir

 

Qərbi Azərbaycan İcması Prezidenti İlham Əliyevin 21 may 2025-ci il tarixində Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayır.

Yenixeber.org xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Ermənistan hökumətinin əsas insan hüququ olan qayıdış hüququnu təmin etmək əvəzinə təhrif edilmiş bəyanatlar yayması, məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir.

Həmçinin bildirilir ki, Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir.

"İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək", - İcmanın bəyanatında qeyd edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam