Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

 

Xəzər dənizində suyun səviyyəsinin azalması ən azı növbəti 10-15 il ərzində proqnozlaşdırılır.

Yenixeber.org xəbər verir ki, bunu ölkənin Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin (“Roshidromet”) rəhbəri İqor Şumakov Sankt-Peterburqda keçirilən XI Nevski Beynəlxalq Ekoloji Konqresində bildirib.

"İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun modellərinə əsaslanan proqnozlar göstərir ki, qlobal iqlim dəyişikliyi tendensiyaları davam edəcək. Bu o deməkdir ki, Xəzəryanı regionda növbəti 10-15 ildə ətraf mühitin təbii dəyişiklikləri hava temperaturunun artması, çay axınının azalması və müvafiq olaraq Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi fonunda baş verəcək", - o qeyd edib.

İ.Şumakovun sözlərinə görə, son illərdə tədqiqatçılar Xəzərin su səthində suyun temperaturunun artmasını və buxarlanmanın çoxalmasını qeydə alırlar. O, Xəzər dənizinin səviyyəsinin azalması dövründə uyğunlaşma tədbirləri kompleksinin qəbul edilməsinin zəruriliyini bildirib. İ.Şumakov Xəzərin qorunması üzrə tədbirlərin həyata keçirilməsində bütün Xəzəryanı dövlətlərin fəal işinin vacibliyini vurğulayıb.("Report")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam