Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qazaxıstana getdi- FOTOLAR

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edib.

Yenixeber.org xəbər verir ki, səfər çərçivəsində X.Xələfov Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu və Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yerjan Kazıxan ilə görüşlər keçirib.

Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti, habelə regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Müzakirələrdə tərəflər ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin 20-ci ildönümündə Azərbaycan-Qazaxıstan əlaqələrinin artan dinamika ilə inkişaf etdiyini vurğulayaraq, münasibətlərin gələcək inkişaf perspektivləri, o cümlədən nəqliyyat, kommunikasiyalar, ticarət, logistika, infrastruktur quruculuğu, energetika, regional bağlantıların inkişafı və digər mühüm sahələr üzrə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin, tərəflər Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunub, regionda sabitlik və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, iki ölkə arasında çoxtərəfli formatlar çərçivəsində uğurla əməkdaşlıq edildiyi qeyd olunmub. Bu xüsusda, Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində X.Xələfov AQEM-in baş katibi Kayrat Sarıbay və Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Alibek Bakayev ilə də görüş keçirib. Görüşdə AQEM sədrliyinin gündəliyinin icrası ilə bağlı müzakirələr aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam