Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Əfv Komissiyasının iclasları başa çatdı -Siyahı Prezidentə təqdim olunacaq

 

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə "Report"a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirilib ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da komissiyaya daxil olan müraciətlərə baxılaraq bu il üçün iclaslara yekun vurulub. Müsbət rəy verilənlər müraciətlər siyahısı ölkə Prezidentinə təqdim ediləcək.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə keçirilən iclaslarda ümumilikdə 800-dən çox müraciətə baxıb.

***

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.

Bu barədə "Report"a Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.

O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək: İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam