Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bülent Ersoyun meneceri azərbaycanlı iş adamını aldatdı: 6 milyon dollar aldı

Türkiyəli müğənni Bülent Ersoyun meneceri kimi tanınan Fevzi Siverek milyonlarla dollar dəyərində dələduzluq ittihamı ilə gündəmdədir.
Yenixeber.org: "Sabah" qəzetinin yaydığı məlumata görə, Siverek azərbaycanlı iş adamı Teyub G.-ni İstanbulda bir torpaq sahəsinin satışı bəhanəsi ilə aldadaraq, ondan 6 milyon dollar alıb.
İstanbul Baş Prokurorluğuna verilən şikayətə əsasən, Teyub G. Kozyatağında yerləşən torpaq sahəsini almaq üçün Fevzi Siverek və qardaşı Əhməd Turan Siverek ilə razılığa gəlib. İş adamı qeyd olunan torpaq üçün ümumilikdə 6 milyon dollar ödəniş edib.
Lakin aparılan araşdırmalar nəticəsində torpaq sahəsinin Siverek qardaşlara məxsus olmadığı müəyyən edilib. Bundan sonra iş adamı prokurorluğa şikayət edib.
Şikayət ərizəsinə görə, Siverek qardaşlar özlərini dövlət qulluqçuları ilə yaxın əlaqələri olan şəxslər kimi təqdim edərək Teyub G.-nin etimadını qazanıblar. Hətta bu etimadı möhkəmləndirmək məqsədilə konsulluq vasitəsilə rəsmi görüşdə iştirak etdikləri, bu prosesdə bəzi "WhatsApp" yazışmaları, səs yazıları və video görüntülərinin də sübut kimi təqdim edildiyi bildirilib.(oxu.az)
Dələduzluq ittihamı ilə istintaq başladılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam