Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Əvəz Zeynallıdan ötrü məhkəməyə müraciət edildi

Əvəz Zeynallının səhhəti ilə bağlı cəzadan azad olunması üçün məhkəməyə müraciət edilib

Yenixeber.org: Tanınmış jurnalist Əvəz Zeynallının səhhətindəki ciddi problemlərlə əlaqədar onun cəzadan azad olunması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib.
Bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib. Onun sözlərinə görə, müraciət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən təqdim olunub. Həmin maddəyə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
Vəkil qeyd edib ki, “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”nda “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də yer alır.
“Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, təqdim olunmuş tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edəcək”, – deyə Rəşad Vaqifoğlu bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam