Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rusiya və ABŞ arasında İstanbuldakı məsləhətləşmələr qapalı formatda keçiriləcək

 

Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında baş tutacaq məsləhətləşmələr, birinci danışıqlar raundunda olduğu kimi qapalı formatda keçiriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.

Məlumata görə, iki ölkənin nümayəndə heyətləri artıq İstiqlal küçəsində yerləşən Rusiyanın Baş Konsulluğunun binasına gediblər.

Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.

Daha əvvəl A.Darçiyev danışıqlar zamanı diplomatik əmlakın qaytarılması məsələsini qaldıracağını bildirmişdi.

Qeyd edək ki, tərəflər arasında ilk məsləhətləşmələr Ər-Riyadda keçirilib və 12 saatdan çox davam edib. Danışıqların yekunlarına görə, Ağ Ev Rusiya və ABŞ-nin təhlükəsiz gəmiçiliyi təmin etmək, həmçinin Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəldiyini bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam