Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

"Qarabağ" rəsmisi Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib

 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib.

Yenixeber.org-un məlumatına görə, o, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən qurumda fəaliyyət göstərəcək.

A.Hacıyev 25 ölkədən irəli sürülən çoxsaylı namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində “Yuventus”, “Tottenhem”, “Çelsi”, "Betis”, PSV, “Leyptsiq” kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq.

İşçi qrupa Madrid "Atletiko"sunu təmsil edən Migel Anxel Xil Marin sədrlik edir. Qrupun əsas məqsədi azarkeşlərlə bağlı strategiyaların, təşəbbüslərin və texniki tövsiyələrin hazırlanmasıdır.

İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrup azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə keçirilmiş seçkilərdə Avropa Klublar Birliyinin İdarə Heyətinin, “Qarabağ” Futbol Akademiyasının meneceri Nail Kərimov isə adıçəkilən qurumun Uşaq Futbolu üzrə İşçi qrupunun (2023–2027) üzvü seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam