Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir -RƏSMİ AÇIQLAMA

Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının həkimləri bir neçə aydır əməkhaqlarını ala bilmirlər. Bununla bağlı xəstəxana kollektivi arasında narahatlıq yaranıb.
Yenixeber.org: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödənişləri vaxtlı-vaxtında həyata keçirir, lakin Tədris-Cərrahiyyə Klinikası tərəfindən müvafiq ödənişlər vaxtında verilmir.
Mənbə bildirir ki, Tədris-Cərrahiyyə Klinikasında texniki təminatla bağlı da problemlər var. Belə ki, sözügedən xəstəxanada MRT və anjio aparatları işləmir.
Məsələ ilə bağlı Bizim.Media Tədris-Cərrahiyyə Klinikasına sorğu ünvanlayıb. Xəstəxanadan sorğumuza cavab olaraq bildirilib ki, klinikada bütün tibbi heyətin, o cümlədən həkimlərin əməkhaqları vaxtında ödənilir:
“Müraciətdə qeyd olunan məsələyə gəldikdə isə, bəzən həkimlərə verilən bonusların gecikməsi halları yaşana bilir. Bunun səbəbi ay ərzində bonusların hesablanması məqsədilə reyestrlərin yoxlanılması prosesinin müəyyən vaxt tələb etməsi ilə əlaqədardır”.
Mövzunu diqqətdə saxlayacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam