Lavrov Türkiyəyə gedəcək:"...geniş spektrli mövzular müzakirə olunacaq”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar aparmaq üçün yaxın vaxtlarda Türkiyəyə gedəcək.
Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Beynəlxalq, regional və ikitərəfli gündəliyə dair geniş spektrli mövzular müzakirə olunacaq”, - diplomat bildirib.
Daha öncə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, idarənin rəhbəri Hakan Fidan Lavrovla danışıqlarda Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırır. Nazirlərin görüşünün fevralın 24-də baş tutacağı gözlənilir.