Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

FHN-nin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi də satınalmalarda qanun tanımır -TƏFSİLAT

fhn-ofis

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi satın alındığı bəlli olmayan bir kotirovka sorğusu müsabiqəsinə yekun vurması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, cari satınalma predmeti üzrə Satınalma Komissiyasının qərarı ilə “İZMİR-Ş” Firması tərəfindən təqdim edilən 62.767,74 manat dəyərində təklifin aksept olunması qərarı verilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, cari satınalma üzrə gözləmə müddəti 05.06.2025-ci il tarixdən qüvvəyə minir və 13.06.2025-ci il iş gününün sonu bitir. Məlumat satınalmaların portalında 04.06.2025-ci ildə dərc edilib.

Yenixeber.org: Gözləmə müddəti artıq 10 gündür bitmiş bu satınalma proseduru üzrə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi satınalmaların portalında əlavə heç bir məlumat dərc etməyib. Amma qanunla Satınalan təşkilat olaraq qurum gözləmə müddəti bitdikdən sonra müqavilənin bağlanılması, satınalmanın baş tutub, tutmamasının səbəblərini portalda açıqlamalıdır. Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsnin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini tək burada pozmayıb.

Qurum Qanunla müəyyən edilmiş təchizatçıların uyğunluq göstəricilərinin tələblərinə də riayət etməmişdir. Məsələn, texniki imkanlarının və maddi-texniki bazasının olması, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi tələbləri nəzərə almamışdır. 

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İZMİR-Ş” Firmasının (VÖEN: 1000279851) 21.12.2004-cü il tarixdə  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ŞÖVKƏT MƏMMƏDOVA, ev.5, m.33,  qanuni təmsilçisi kimi isə Sultanov Əli Bağır oğlu qeyd olunub. Firmaya operativ vergi nəzarəti üzrə – əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Bu məlumatlardan da göründüyü kimi Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi ilə “İZMİR-Ş” Firması arasında bağlanmış satınalma müqaviləsində təchizatçı şirkətin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması nəzərə alınmamışdır.  Bu da keçirilmiş kotirovka prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi geyim formalarının satın alınması üzrə keçirdiyi açıq tenderdə “HERMANO” MMC-ni qalib seçmiş və 493.105,48 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi tərəfindən nəzərdə tutulmuş geyim formalarının satın  alınmasına dair keçirilmiş açıq tendrdə ehtimal olunan qiyməti 912.164,52  manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “HERMANO” MMC   ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi tərəfindən satınalmalarda yol verilmiş qanun pozuntuları bunlarla bitmir. Belə ki, 15.10.2024-cü ildə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi tərəfindən satınalma planları açıqlanmışdır.Satınalma planlarına 1 açıq tender, 6 kotirovka sorğusu daxil edilmişdir. Apardığımız araşdırma zamanı məlum oldu ki, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin Satınalma Komissiyası 2024-cü ildə yuxarıda göstərilən satınalmalarla bağlı dövlət satınalmalarının vahid internet portalında iddiaçılara heç bir elektron dəvət  (e-kotirovka), (e-tender) elanı verməmişdir. Görsənən odur ki, qurum satınalmalarda qanun tanımır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general mayoru Asif Məmmədlidir. Onun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından biri olduğu söylənilir.(aktualinfo.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam