Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-FOTOFAKT


Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi? 240 Nömrəli məktəbdə nələr baş verir?

Yenixeber.org: Bakının 240 nömrəli tam orta məktəbində qeyri-qanuni fəaliyyət və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı redaksiyamıza ciddi iddialar daxil olub.

İddialara görə, məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən nəqliyyat vasitələri – müvafiq olaraq 77 PV 515 və 77 YG 944 dövlət qeydiyyat nişanlı maşınlar – məktəb ərazisində qeyri-qanuni şəkildə saxlanılır və məktəbin xadimələri tərəfindən yuyulur. Qeyd edək ki, normativlərə əsasən, məktəb ərazisinə nəqliyyat vasitələrinin girişi tamamilə qadağandır.

Xüsusilə, Arifə Məmmədovanın məktəbdəki mövqeyindən istifadə edərək tədris prosesini sabotaj etdiyi və şəxsi işlərini məktəb işçilərinə gördürdüyü iddia olunur. Əldə edilən görüntülərdən görünür ki, tədris yükünü laboratoriyalara və digər müəllimlərə ötürərək dərslərdən yayınır, məktəbin əməkdaşlarını isə şəxsi maraqları naminə işlədirdi.

Bundan başqa, Arifə Məmmədovanın keçmiş iş yeri olan Şəmkir rayonunda da şübhəli fəaliyyətlərlə məşğul olduğu bildirilir. İddialara görə, o, 6 nəfərdən 2500-3000 manat məbləğində rüşvət alaraq onları məktəbə süpürgəçi kimi işə düzəldəcəyinə dair vədlər verib, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk edib. Pulunu tələb edən şəxslərə isə “hazırda yoxdur, qaytaracağam” deyə aylardır süründürmə verir.

Ən diqqət çəkən məqam isə iddialara görə Esmira Məmmədovanın yaxın çevrəsinə verdiyi qalmaqallı açıqlamalardır. Belə ki, o, guya mətbuatda yayılan məlumatlara əhəmiyyət vermədiyini bildirərək, “Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var – verirsən, işin həll olunur” kimi ifadələr işlədib.

Qeyd edək ki, məktəbin direktoru Esmira Məmmədova 1957-ci il təvəllüdlüdür amma nədənsə təqaüdə göndərilməyib. Bu mövzu isə digər mövzü ilə  araşdırmasıdır.

Sual Açıq Qalır: “İctimaiyyətin gözü qarşısında baş verən bu qanunsuzluqlara “dur” deyəcək məmur tapılacaqmı?”(Xalq.online)

Yazıda adları çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam