Beyləqanda məktəblərdə maarifləndirmə tədbirləri keçirilib-FOTOLAR
Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1-ci Aşıqlı, Kəbirli və Örənqala kənd və qəsəbə məktəblərində narkomaniyaya və erkən nikaha qarşı maarifləndirmə tədbirləri keçirilib.
Yenixeber.org: Bu tədbirlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ceyhun Qurbanov narkomaniyanın insan sağlamlığına, düşüncə qabiliyyətinə vurduğu zərərlərdən söhbət açıb. Narkotik aludəçiliyinin sağalmaz yaralar açdığı, bu bəlaya qurşananların fiziki və mənəvi olaraq özünü məhv etdiyi diqqətə çatdırılıb. Erkən nikahın fəsadlarından da bəhs olunan tədbirlərdə, gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirmələri, mütəmadi şəkildə mütaliə ilə məşğul olmaları və özləri üçün sağlam təməlləri olan gələcək qurmaları tövsiyə olunub.
Həmçinin Polis Akademiyasında oxumaq arzusunda olan şagirdlərə burada yaradılan yüksək şəraitdən və təhsilin keyfiyyəti haqqında ətraflı məlumat verilib.
Sonda maarifləndirici video çarx göstərilib, maraq doğuran suallar cavablandırılıb.