Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? -34 milyonluq qalmaqal

Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
"TexnikaBank" ASC-nin Müşahidə Şurasının sədri və sahibi olmuş Etibar Əliyev "Zamin Bank" ASC-dən götürdüyü krediti hələ də ödəməyib. 
Yenixeber.org: Araşdırmamız zamanı məlum olub ki, 2012-ci ildə həbs edilən Etibar Əliyev krediti azadlığa çıxandan sonra götürüb. Bu məsələdə ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yardım etdiyi bildirilir. 
İddialara görə, Eldar Mahmudovun tapşırığı ilə Mərkəzi Bankın o zamankı sədri Elman Rüstəmov mülkləri qarşılığında Etibar Əliyevə 34 milyon manat kredit ayrılması qərarı verir. Lakin qanunvericiliyə görə Mərkəzi Bank kredit vəsaitini birbaşa ayıra bilmədiyi üçün proses "ZaminBank" ASC vasitəsilə həyata keçirilir. 
Sonradan Etibar Əliyev ödənişləri yubadır və 2016-cı ildə "ZaminBank" ASC də bağlandığı üçün vəsaiti qaytarmaqdan ümumiyyətlə imtina edir. Nəticədə Etibar Əliyevin dövlətə ödəməli olduğu vəsait "ZaminBank” ASC-nin sahibi olmuş Nadir İsmayılovun üzərində qalır. Nadir İsmayılov hazırda həbsdədir və onun məhkumluq həyatı yaşamasının bir səbəbi də Etibar Əliyevin kredit borcudur. 
Artıq 12 ildən çox vaxt keçməsinə baxmayaraq, Etibar Əliyev hələ də borcu ödəmir. Baxmayaraq ki, bununla bağlı məhkəmə qərarları da var. Mümkündür ki, Etibar Əliyevin krediti ödəmək üçün pulu yoxdur. Amma axı mülkləri var. Söhbət kredit müqabilində girov qoyulan mülklərdən gedir. Həmin mülklər satışa çıxarmaqla borcu ödəmək mümkündür.  
Maraqlıdır ki, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilməli olan bu proses illərdir uzadılır. Səbəbi məlum deyil. 
Yazıdakı iddialarla bağlı Etibar Əliyevin də mövqeyini öyrənməyə çalışdıq. Lakin məlum olub ki, o ölkə xaricindədir.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam