Səbail rayonunun bir hissəsində qaz olmayacaq
Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Yenixeber.org: Bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə fevralın 12-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə S. İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.