Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Kerç boğazında mazut sızıntısından sonra 80-dən çox ölü delfin tapılıb- FOTO

 

Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısından sonra ölən delfinlərin sayı 84-ə çatıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “İnterfaks”a “Delfa” Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley məlumat verib.

“Son məlumatlara görə, dekabrın 15-dən sonra 84 delfinin ölümü qeydə alınıb”, – Beley bildirib.

Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb.

“Hələlik gələcəkdə nə qədər delfinin öləcəyini proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantlar immuniteti əhəmiyyətli dərəcədə azalda və müxtəlif xəstəliklərə yol aça bilər”, – Beley əlavə edib.

Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan "Volqaneft 212" və “Volqaneft 239” tankerləri qəzaya uğrayıb. Heyət üzvlərindən biri ölüb, digərləri təxliyə edilib. Qəza sonucunda dənizə təxminən 2,4 min ton mazut axıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam