Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

Azərbaycan Texnologiya Universitetində "Ekomediasiya: Sağlamlıq və Ekologiya Arasında Gənclik Körpüsü" Layihəsi Çərçivəsində Tədbir Keçirilib


Azərbaycan Texnologiya Universitetində "Ekomediasiya: Sağlamlıq və Ekologiya Arasında Gənclik Körpüsü" Layihəsi Çərçivəsində Tədbir Keçirilib


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin həyata keçirdiyi "Ekomediasiya: Sağlamlıq və Ekologiya Arasında Gənclik Körpüsü" adlı layihə çərçivəsində növbəti mühüm tədbir Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində baş tutdu. Bu tədbir gənclərin sağlamlıq və ekologiya məsələlərinə olan marağını artırmaq, onları maarifləndirmək və narkomaniya ilə mübarizəyə dəstək vermək məqsədini daşıyırdı.

Tədbirdə müxtəlif dövlət və ictimai qurumların nümayəndələri iştirak edirdi. Gəncə Şəhər Narkoloji Dispanserin nümayəndəsi Nurlana Rəhimova gənclərin sağlam həyat tərzini seçməsi və zərərli vərdişlərdən uzaq durmasının əhəmiyyətindən danışdı. Tədbirdə iştirak edən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı İsmayıl Şıxəliyev isə narkotik vasitələrin yaratdığı təhlükələr barədə real faktları gənclərə çatdırdı. Onun çıxışı narkotik vasitələrin cəmiyyətə, xüsusən də gənc nəslə vurduğu zərər barədə məlumatlılığı artırdı.


Tədbirin digər iştirakçılarından biri, Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov idi. O, universitetin bu tip layihələrə açıq olduğunu, gənclərin həm maarifləndirilməsi, həm də praktik biliklərə yiyələnməsi üçün şərait yaratmaqda maraqlı olduğunu qeyd etdi. Gəncə şəhər Narkoloji Dispanserin nümayəndəsi Nurlana Rəhimova isə narkomaniyanın tibbi aspektlərinə toxunaraq, bu problemin qarşısının alınması üçün maarifləndirmə işlərinin vacibliyini vurğuladı.

Üç ay davam edən bu layihənin rəhbəri Büllur Məmmədova çıxış edərək layihənin əsas məqsəd və vəzifələrindən danışdı. O, layihə çərçivəsində keçirilən tədbirlərin və müxtəlif maarifləndirici kampaniyaların gənclərə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi. Layihə çərçivəsində həmçinin gənclərə narkotik vasitələrdən uzaq durmağın önəmi, sağlam həyat tərzinin əhəmiyyəti və ekoloji problemlərin həllində gənclərin rolu barədə məlumat verildi.

Bu tədbir həm də gənclər arasında dialoqun qurulması, onların sağlam həyat tərzini təşviq etməsi üçün əhəmiyyətli platforma rolunu oynadı. İştirakçılar arasında açıq müzakirələr təşkil olundu, iştirakçılar öz suallarını ünvanlamaq və mövzu ilə bağlı daha ətraflı məlumat almaq imkanı qazandı.

Layihə çərçivəsində görülən işlər təkcə Gəncə şəhəri ilə məhdudlaşmır. Digər bölgələrdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbir zamanı təqdim olunan məlumatların və iştirakçıların müzakirələrinin geniş auditoriyaya çatdırılması üçün müxtəlif media vasitələri də fəal şəkildə istifadə olunur.

Layihənin uğurla həyata keçirilməsi gənclər arasında sağlam həyat tərzinin təşviqinə, ekologiyanın qorunmasına və narkomaniya ilə mübarizəyə mühüm töhfə verir.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam