Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Orban: Ukraynanın Aİ-yə üzvlüyü birliyə 2,5 trilyon avroya başa gələcək

 

Ukraynanın Avropa İttifaqına (Aİ) tələsik qəbulu 2,5 trilyon avroya başa gələcək və birlik ölkələrinin büdcəsi üçün bərpa olunmaz itkilərə səbəb olacaq.

Yenixeber.org xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Karpat hövzəsi nümayəndələri Forumunun iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Aİ liderlərinin Ukraynanın Avropa strukturlarına inteqrasiyasının minimum xərclərlə həyata keçirilə biləcəyi barədə iddiaları həqiqətə uyğun deyil.

"Ukraynanın bir neçə illik dövrü əhatə edən tam inteqrasiyası təxminən 2,5 trilyon avroya başa gələcək ki, bu da Aİ-nin ümumi büdcəsindən 12 dəfə çoxdur", - hökumət başçısı bildirib.

Orban xəbərdarlıq edib ki, Ukraynanın bərpası xərcləri də çox olacaq: ən mütəvazi qiymətləndirmələrə görə, xərclər 500 milyard avro, Ukrayna mənbələrinin məlumatlarına görə isə 1 trilyon avroya qədər təşkil edəcək.

"Bundan başqa, Ukrayna dövlətinin fəaliyyətinin dəstəklənməsi artıq ildə 100 milyard avroya başa gəlir", - baş nazir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam