Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Sahibə Qafarova Cahit Bağçını qəbul edib- FOTO

 

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Yenixeber.org xəbər verir ki, görüşdə iki ölkə və onların parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

S.Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib.

Söhbət zamanı səfir C.Bağçının Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.

Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" şüarına söykənən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin iki ölkənin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr olmadığı vurğulanıb.

İki ölkə arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrin daha da genişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərin də rolu qeyd edilib. Qanunverici orqanların və deputatların bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.

Səfir C.Bağçı göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam