Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nəzrin əməliyyatdan 35 gün öncə müayinə edilmişdi” -VİDEO

 

“Nəzrinin 29 yaşı var idi, bir də azyaşlı qızı. Dekabrda övladının 3 yaşını qeyd elədik. Onun körpəsinin “anam haradadır?” sualına cavab tapa bilmirik. Ancaq anasını axtarır, onu ən son evdən anlaqsız vəziyyətdə çıxanda görmüşdü”.

Yenixeber.org xəbər verir ki, bunu burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın bacısı Nərmin Paşabəyli Baku TV-yə açıqlamasında deyib. 

“Körpə düşünür ki, anası sağalıb, qayıdacaq. Sadəcə bizdən zamanını soruşur. Hələ ki heç kəs cəsarət toplayıb, ona cavab verə bilmir. Yoldaşı, uşağı və bizlər çarəsiz vəziyyətdəyik”, - deyə o əlavə edib.

N. Paşabəyli, həmçinin bacısının həkimi araşdırmadığını söyləyib: “Biz bilmirdik, o ancaq özü axtarırdı, dedi ki, bu həkim yaxşıdır, 10 il iş təcrübəsi var. Biz də heç nə demədik. Amma bacım həkimi yaxşı araşdırmamışdı. Quqldan baxsa belə görərdi ki, məsləhətli deyil. Sadəcə bildiyi o idi ki, həkimin təcrübəsi 10 ildir. Başqa məlumatı yox idi. Bacım əməliyyatdan 35 gün öncə müayinə edilmişdi, bu da əvvəldən görünürdü ki, həkim problemlidir”.

Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra Nəzrin Mansurovanın vəziyyəti ağırlaşıb. O, komaya düşərək vəfat edib.

Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırılıb və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.

Daha ətraflı videomaterialda:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam