Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Ombudsman: Ermənistanın işğal siyasətinin humanitar fəsadlarından hələ də əziyyət çəkirik

 

Azərbaycan uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratdığı humanitar fəsadlardan hələ də əziyyət çəkir.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyunun 18-də keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumundakı çıxışında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur:

"Bu baxımdan, münaqişə və postmünaqişə dövründə insan hüquq və azadlıqlarının müdafiəsi, münaqişədən zərər çəkmiş şəxslərin hüquqlarının təmin olunması vəziyyəti, habelə təbii resursların talan edilməsi və mina problemi barədə tərəfimizdən beynəlxalq ictimaiyyətin məlumatlandırılması üzrə həyata keçirdiyimiz fəaliyyəti xüsusi vurğulamaq istərdim”.

S.Əliyeva Ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyətinin əhəmiyyətini də qeyd edib:

"Bu təsisatlar yalnız hüquq pozuntularının araşdırılmasında deyil, həm də qanunun aliliyinin təşviqi, hüquqi maarifləndirmə və hüquq mədəniyyətinin gücləndirilməsi istiqamətində preventiv və sistemli fəaliyyətləri ilə mühüm rol oynayırlar”.

Ombudsman qeyd edib ki, qanunun aliliyinin təmin edilməsində digər vacib amil normativ hüquqi aktların icrasına nəzarətin effektiv təşkilidir:

"Müsbət təcrübə olaraq bildirirəm ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində tərəfimizdən informasiya əldə etmək hüququnun təmin edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş müddətdə informasiya sorğularının cavablandırılması üzrə zəruri tədbirlər görülməkdədir”.

S.Əliyeva vurğulayıb ki, Ombudsman və milli insan hüquqları təsisatlarının məhkəmə orqanları ilə əməkdaşlığı qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verir:

“Bu əməkdaşlıq, hüquqi problemlərin sistemli şəkildə aşkarlanmasına, hüquq və azadlıqların müdafiəsi üzrə preventiv və effektiv tədbirlərin görülməsinə şərait yaradır, insan hüquqlarının institusional müdafiəsini gücləndirir. Konstitusiya Məhkəməsi ilə əməkdaşlığımız öz növbəsində qanunun aliliyinin təmin edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə və hüquq müdafiə mexanizmlərinin effektivliyinin artırılmasına xidmət edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam