Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir?-DETALLAR

media-agdd

Məlum olduğu kimi Ağdamda baş verən ağır faciənin qarşısı alınıb.

Yenixeber.org: Sosial şəbəkələrdə yayılan məlumata görə Ağdamın işğaldan azad olunmuş ərazilərində  tikinti işləri aparılan  tikintidə fəhlə işləyən şəxs  int*ara cəhd edib.

Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb oluub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq int***ara cəhdin qarşısı alınıb.

Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, Ağdamda  “FRIEND” MMC-nin inşa işlərində çalışan fəhlə bir neçə  vaxtdır ki, maaşını ala bilmdiyi üçün int***ara cəhd edib.

Məlumatlara görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininin tikinti sifarişlərini icra edən “FRIEND” MMC-nin rəhbərliyi fəhlələrin  bir neçə müddətdir maaşını ödəmədiyi üçün bu hadisə baş verib.

Məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininin əməkdaşı XALQ-a  bildirib ki, hadisə maaşa görə deyil şəxsi zəmində olub və təkidlə xəbərin əsassız  olmasını qeyd edib. Lakin görüntülərdəndə aydın olur ki,  Ağdamda tikintidə işləyən fəhlə israrla bildiri ki, dövlət sifarişini icra edən “FRIEND” MMC-nin  rəhbərləri  Elçin, Elnur və  Natiq  Əliyev  qardaşlarından maaaşını ala bilmir bu səbədən int***ar edir.

media-177

Qeyd edək ki, sosial platformada olan digər məlumatdabildirilir ki, yük avtomobilinin sürücüsü  Həsənov Rauf Yaqub oğlu “FRIEND” MMC-dən ödənişlərini ala bilmədiyi üçün şikayət etmişdi və şikayətdən sonra Ağcəbədi rayon sakinin ödənişi 5000 min manatı verilmişdir.

Məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə sorğu verilsədə heç bir cavab verilməyib.

media-eminn

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndə Emin Hüseynovdur.

Məsələdə adı keçən şəxslərin  mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:(xalq)

Video Player

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam