NATO böyük əməliyyata başlayır -RƏSMİ AÇIQLAMA
NATO öz ölkələrinin sualtı infrastrukturunu qorumaq üçün Baltik dənizində patrul əməliyyatına başlayır, alyans freqatlardan və dəniz aviasiyasından istifadə edir.
Yenixeber.org: Məlumata görə, bu barədə NATO-nun baş katibi Mark Rutte Helsinkidə keçirdiyi mətbuat konfransında bildirib.
“NATO “Baltic Sentry” əməliyyatına başlayır”, - deyə o bildirib.