Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Vilayət Eyvazov Daxili Qoşunlarda müşavirə keçirdi -Tapşırıqlar verdi/FOTOLAR

 

Yanvarın 14-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili Qoşunlarının 2024-cü ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti, işğaldan azad edilmiş şəhər və rayonlarda, o cümlədən COP29 zamanı hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edən nazir, onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.
Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində Qoşunların fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam