Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

ATƏT PA-nın sədri Gürcüstana səfərini təxirə salıb -SƏBƏB/YENİLƏNDİ

Pia Kauma (Mənbə: ATƏT PA)

ATƏT PA-nın sədri Pia Kauma Gürcüstana səfərini təxirə saldığını açıqlayıb.

Yenixeber.org: Bu barədə Kauma "X" paylaşımında qeyd edib.

O, hərtərəfli müzakirələrdən sonra Gürcüstana səfərin daha effektiv olacağı vaxta qədər təxirə salındığını qeyd edib.

       ***

ABŞ-nin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Co Uilson Pia Kaumanı Gürcüstana səfər etməməyə çağırıb.

Məlumata görə, Uilson ATƏT PA-nın sədri Pia Kaumaya açıq məktubunda Gürcüstan rəsmilərinin bu səfəri “hakimiyyətin legitimləşdirilməsi vasitəsi” kimi istifadə edəcəyini deyib.

“ABŞ vergi ödəyicilərinin pulu qeyri-legitim hökumətin tanınması üçün istifadə edilməməlidir”, - deyə Uilson qeyd edib.

Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili isə bunun Gürcüstanın avropalı və amerikalı tərəfdaşlarının ortaq narahatlığı olduğunu qeyd edib.

“ATƏT PA sədri Pia Kauma, bu, Gürcüstanda sabitlik, demokratiya və insan haqlarının qayğısına qalan Gürcüstanın bütün avropalı və amerikalı tərəfdaşlarının ortaq narahatlığıdır. Sizin yeganə hədəfiniz bu olmalıdır ki, ATƏT tövsiyələri əsasında yeni seçkilər keçirilsin”, - Zurabişvili qeyd edib.

Xatırladaq ki, 8-10 yanvar tarixlərində Pia Kaumanın rəhbərlik etdiyi ATƏT nümayəndə heyətinin Gürcüstana səfəri gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam