Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Təyyarə qəzasında həlak olanların yeddi mərasimidir

 

Bu gün - 31 dekabr AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak Azərbaycan vətəndaşlarının yeddi mərasimidir.

Yenixeber.org-un məlumatına görə, məlum təyyarə qəzasında həlak olanlar dekabrın 29-da dəfn olunublar. Onlardan üçü – təyyarənin komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam