Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Başqasının ərinə aşiq olmaq psixologiyası -Kim kmi aldadır?

 

Çətin və ağır mövzudur. Amma bu problem mövcuddur. Hər ölkədə, hər şəhərdə, hər kənddə mövcuddur. Gizlətməklə işlər daha da çətinləşir. Bu bir insanlıq problemidir, gənc yaşlarda xoş, artıq yaşlı dövrdə qaranlıqlara açılan bir pəncərə kimi dünya yaranandan bəri insanlara yazılan ən ağır tale hökmüdür. Əlbəttə, gənc qadınlar bu yazını oxuyanda bu qaranlıq pəncərəni görməyəcək, çünki, qaranlıq gecələrdə pəncərədən qaranlıqlara baxıb ağlayan qadınlar onlardan çox uzaqdır. Başqasının əri... Hətta, bu həqiqəti belə qəbul etməyənlər var. İnsan taleyi o qədər qarışıq yoldur ki, insan ayağı dəyməyən dağlara dırmaşmaq olar, amma, taleyin qarışıq yollarından asanlıqla keçmək olmur.

 

 

Yenixeber.org: Qızlar və qadınlar niyə başqasının ərinə aşiq olur? Səbəb o qədər çoxdur ki... İnsan gənc olanda ürəyi həyatın ritmi ilə bir döyünür, gənc insan həyata lazımdır, o güclüdür, dünya adlanan bu kəhkəşanda evlər tikməlidir, bağlar salmalıdır, dünyaya uşaq gətirməlidir. Evli kişi ilə eşq yaşayan qadınlar o qədər çoxdur ki... Qiymətli hədiyyələr, ev, maşın bu qadınların gözünü tutur. İş yerlərində ailəli kişilərlə yaşayan, karyera xətrinə, maddiyyat və nəhayət sevgi adı altında müxtəlif formalı və müxtəlif səviyəli münasibətlər var. Bəri başdan deyək ki, uduzan həmişə qadın olur. Heç bir ev, heç bir karyera, heç bir maddiyyat 50-60 yaşda uşaqsız, ailəsiz qalmağa dəyməz. Hər bir qadın işləyib özünə ev, maşın və s. ala bilər.  60 yaşdan sonra qocalıq genləri işə düşür, insanın xarici görünüşü kəskin dəyişir, orqanizmin dərinliklərində cürbəcür proseslər başlayır. Məhz bu zaman geriyə yollar bağlananda qadın peşman olur, amma nə fayda.

 

Adətən, evli kişilər eşq yaşadığı qadınlara “arvadım xəstədir, xasiyyətimiz tutmur, ancaq uşaqlara görə ayrılmıram və s.” deyir, inanın, bunların ancaq 3%-i düz olur. Bu kişi səhər, axşam, daha vacibi gecələr ailəsi ilə birlikdə yaşayır. Çox vaxt gündüzlər qurulan sevgi münasibətləri ailəyə o qədər də zərər vermir, gündüz kişinin işdə olması ailə üçün də vacibdir, ailənin də öz problemləri var, kişinin ev üçün ayırdığı pullar öz ünvanına çatmalı, ailənin və uşaqların gələcəyi təmin olunmalıdır. Bu zaman kişinin eşq macərası yaşaması çox da zərərli deyil. Kişi bu zaman yeni enerji toplayır ki, öz ailəsini daha yaxşı təmin etsin. Hədiyyələrə gəldikdə isə, bu qadının öz ömründən və gələcəyindən ayırdığı payın qiymətidir. Telefonların insan həyatını ciddi idarə etməsi ilə bu işlər asanlaşıb, kişi öz arvadına şirin sözlər yazmaqla onu unutmadığını bildirir və əlbəttə, unutmur. Eşq yaşadığı qadın eşq üçündür, ailəyə zərər verə bilməz. Zərər versə belə, bu zərəri kompensasiya etmək gücü var belə kişilərin. Unutmayın, çox vaxt kənarda eşq yaşayan kişilər öz arvadına daha yaxşı münasibət göstərir. Çünki,  onların uşaqları, evləri, ümumi maraqları və  bütöv bir həyatı var. Və bu həyat onun üçün çox dəyərlidir. Düzdür, bütün bunlar kişiləri kənarda eşq yaşamaqdan məhrum etmək üçün kifayət deyil, hamıya məlumdur ki, kişilərin pulu çoxaldıqca kənarda eşq yaşamaq istəyir. Bu niyə belədir, bunu bilmək üçün kişilərin fizioloji xüsusiyyətlərini və təbiətini öyrənmək lazımdır. Arvadı eşq yaşadığı qadından daha gözəl və ağıllı olsa da, kənarda yaşanan eşq kişilər üçün bir növ azart oyun funksiyası daşıyır. İnanmayacaqsınız, amma, kişilərin psixologiyasını öyrənən alimlər onların öz qanuni arvadları ilə etmədikləri, edə bilmədikləri fiziki tələbatlara görə kənarda bu tələbatları ödədiklərini qeyd edirlər.  Nə qədər inanmasanız da, hər şeyin əsasında fiziki əlaqələr durur. Bir insanın sevgisini əməllərinə görə qiymətləndirsək, o zaman başa düşərik ki, kişilər niyə çətinliklə olsa da, mütləq vaxt tapıb eşq görüşünə gedirlər. Niyə bu qadına hədiyyələr alırlar, pul verirlər, axı öz ailəsini daha üstün tuturlar. Səbəb məlum deyilmi? Açıq da danışmaq olar, amma, nəzərə alaq ki, bu mövzuya aid çox şeyləri açıq demək çətindir.

 

Artıq ailəli kişi ilə eşq yaşayan qadının da vəziyyətinə daxil olaq. Qeyd etdiyimiz kimi, səbəblər çoxdur, qadın təkdir, pula ehtiyacı var, əgər bir kişi bu ehtiyacları ödəyirsə,  buna ancaq sevinmək olar. Əlbəttə, sonunu fikirləşmək barədə söz ola bilməz, ehtiyac imkan vermir, bəzən də qadının özünü qadın kmi hiss etməsi üçün bir kişiyə ehtiyacı olur. Bunlar əslində çox qarışıq məsələdir, bu vəziyyətdə ailəli kişi ilə eşq yaşayan qadın hazırki vəziyyətdə zərərçəkən deyil. Əgər kişi  gecə öz evinə getməyə məcrur olduğunu nəzərə almasaq, qalib bu qadındır. Çünki, bu qadın onun arvadı deyil, onun birincilik hüququ yoxdur. Kişi bu qadınla öz arvadını aldadır. Bu qadın bir növ xoşbəxtlik tapıb. Eşq yaşayan qadın çox vaxt fikirləşir ki, kişi öz arvadını sevmir, uşaqlara görə məcburdur ki, hələlik bir yerdə yaşasınlar, sonra o mənim yanıma gələcək və mənimlə hər şey fərqli olacaq. Biz xoşbəxt olacağıq. Çox vaxt eşq qadını daha dərinə gedir, kişinin onunla necə sevgi ilə yaşadığını görür və belə nəticəyə gəlir ki, o öz arvadına nifrət edir. Təəssüflər ki, bu belə deyil. Bu zaman kişi sadəcə özünü təsdiq edir və fiziki tələbatını ödəyir. Çünki, həyatda uğur qazanmağın yollarından biri də dopinq xarakterli münasibətlərdir ki, bu da ailəli kişi ilə eşq yaşayan qadın tərəfindən təmin olunur. Kişi əlbətə, özünü haqlı hesab edir, axı o bu münasibətin ödənişini etmişdir! Seçimlərinə görə heç kim məsuliyyət daşımır, qadın özünə lazım olanı alır və əvəzini ödəyir. Nə ilə? Əsas məsələ budur. Bunun fərqinə isə çox gec olanda varılır. Artıq gəncliyi və əldən gedən imkanları geri qaytarmaq mümkün deyil. Düşüncələr mütləq qadına haqq qazandıracaq, əks təqdirdə dünya yalan dünya olmazdı, kədər və sevinc içində qazanılanları və itirilənləri müqayisə etmək də bir növ təsəllidir. Bu həyatdır, isisnalar da vardır, bəzən kişi öz ailəsini atıb bu qadının yanına gəlir, amma, istisnalar qaydaları dəyişməz. Sevginiz başqasının mənəvi çərçivəsini formalaşdırmaq iqtidarında deyil, nə cür yaşamaq istəyi hər kəsin şəxsi işidir. Başqasının bədbəxtliyi üzərində də xoşbəxt saraylar tikmək olur, bu da istisna deyil. “Onların münasibətləri çoxdan bitmişdi və mənimlə heç bir əlaqəsi yoxdur” deməklə özünüzü aldada bilərsiniz. Amma,  unutmayın, sizin eşq macəranız ailənin dağılması üçün  bir katalizator olur. Əlbəttə, yıxılmalı olan şey kimsənin iştirakı olmadan dağılacaq. Əgər bu zamana qədər dağılmayıbsa, deməli dayanıb dözür. Dağılmağa meylli bir şeyin altına dinamit yükləməklə dağıtmaq cinayət deyil, amma, uşaqları olanlar yazıqdır, özləri yox, uşaqları yazıqdır.

 

Ən paradoksal olan isə bir-birini tanıyan qadınların bir-birinin əri ilə eşq yaşamasıdır. Yox, bu bizdə yoxdur, deməyin, bu hər yerdə var.  Başqasının ərinə qayğı göstərmədən, ona zəhmət sərf etmədən onu sevə bilməzsən. Çünki, onun kifayət qədər qayğısı var, ailəsi var, uşağı var. Onun ailəsini  məhv etmək asan deyil, bunun da öz məsuliyyəti var. Öz ailəsinə xəyanət edən səndən yaxşısı rast gələndə digəri ilə sənə də xəyanət edəcək, sonra zaman keçdikcə səndən xilas olmaq üçün yollar tapacaq. Bir insanın sevgisi əməllərində özünü göstərir və sözlər heç bir məna kəsb etməz.

 

Bir qadının etdiyi etirafı nəzərinizə çatdrımaq istərdim. “Çox erkən tək qalmışdım, uşaqlı olduğum üçün işləməyə məcbur idim. İşlədiyim yerdə müdir mənə isti münasibət göstərməyə başladı. Zamanla sevgiyə çevrilən bu münasibətlər 2-3 ildən sonra soyumağa başladı. O artıq mənə əvvəlki kimi kömək etmirdi, işə təzə gəlmiş bir qızla yaxınlaşdığını görürdüm. Uşağım gözlənilmədən çox ağır xəstələndi. Xəstəlik yoluxucu idi, biz  əvvəlcə xəstəliyin yoluxucu olduğunu bilmədiyimizə görə lazımi tədbirlər görmədik. Adi soyuqdəymə hesab edib sahə həkimini çağırdıq, həkim uşağı müayinə edib çox gecikdirdiyimizi söylədi və “iki gün yüksək qızdırması olacaq, dözə bilsə sağalma ehtimalı var”  dedi. Yanında işlədiyim və eşq yaşadığım adam bu zaman məni başqa bir ölkəyə ezamiyyətə göndərəcəyini bildirəndə mən vəziyyətimi danışdım və söylədim ki, uşağım məktəbdə qızılca tutub, 40 dərəcə qızdırması var, mənim övladımı yanında qoyub gedəcək bir adamım yoxdur. O təyyarə biletini mənə verib ”hazırlaş, sən getməlisən, bir yol taparsan” deyə kəskin şəkildə sözümü kəsdi. Lakin mən o təyyarə ilə getmədim, əgər getsəydim yəqin ki, uşağımın sonunun necə olacağı məlum idi. Bu adamın qəddarlığı ölçüyə gəlməz olduğundan mən ancaq bir hadisəni qeyd etdim. Bir müddətdən sonra o yaşanan şeyləri unutmağımı dedi və məni tam anlamında “yük daşıyan” vəzifəsinə göndərdi. Bəlkə səhvimi allah mənə göstərirdi, bilmirəm, 2-3 il eşq yaşadığım adamın oğlu futbol oynayanda soyuq su içdiyindən soyuqladı. Onun oğlu mənim oğlumla yaşıd idi, bir fərqi vardı ki, onun atası vardı, mənim oğlumun atası yox idi. Bu adam oğlunun angina ilə xəstələnməsinin nə səviyyədə olduğunu bilmək üçün bir ay oğlunu nəzarətdə saxladı.

 

Mən bu yerdə “Qaraca qız“ filmini xatırlayıb gizlində acı-acı ağlayırdım. Mənim və mənim ailəmin qayğısını çəkən kimsənin olmadığını bildiyimdən öz köməksizliyimə nifrət edirdim. Yaşadığım bu münasibətə görə xəcalət çəkirdim və özümün belə alçaldılmağımı bağışlaya bilmirdim. İnsan belə vəziyyətlərdə özünün gücsüzlüyünü bilir və dərdini deyə bilmədiyi, arxalana bilmədiyi kimsəsi olmadığı üçün qəlbi ilə ağlamağa məcbur olur. Məni işdən uzaqlaşdırmağa  çalışan müdirimdən elə sözlər eşitdim, elə rəftar gördüm ki, dünyanın soyuq üzü bundan çox abırlıdır. Ağır yeşıkləri daşımağım onun ürəyində heç bir teli tərpədib insanlıq duyğusu oyatmırdı. Amma küçədə bir qadının ağır zənbili  daşımasına tanımadığı yad adamlar kömək edir.”

 

Başqasının əri ilə eşq yaşamağın axırı çox vaxt belə qurtarır. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Keçmişdə yaşanan səhvi başa düşüb ayılmaq, öz yolunu tapmaq çox yaxşıdır. Statistik məlumatlar göstərir ki, bu cür münasibətlərin 90% -i ərinin arvadının yanına qayıtması ilə başa çatır. Münasibətlər uzun sürsə belə, gizli eşq yaşayan qadın həmişə ikinci yerdə olacaq, birinci yerdə isə kişinin öz həyat yoldaşı, ailəsi və övladları dayanacaqdır.

 

Evli kişi ilə yaşamaq insanı təklikdən xilas etmir, həyatı daha da çətin və acı edir. Maddi imkanlar əvvəl-axır düzəlir, bu münasibətdən övlad dünyaya gətirənlər azdır, olsa belə, bu uşağın gələcəyi də problemli olur. Ailəli kişinin əvvəlki uşaqları onu qəbul etmir, ona pis münasibət göstərirlər. Çox güman ki, sevgili olan kişi də bu uşağa yaxşı münasibət göstərməyəcək, onu qanuni varisi elan etməyəcək. Daimi yalanlarla qurulan və idarə olunan gizli münasibətlər insanı yorur, evlilik vədi verilsə belə, bu da yalan olacaq.  Çox vaxt qanuni arvad xəyanət barədə xəbərdar olur və ultimatum verir:ya mən ya o. Sizcə ailəli kişi kimi seçəcək?

 

Əgər kişi ailəsini qoyub gəlsə belə, yenə problemlər davam edəcək. Ailəni tərk edən kişi münasibətlərinin baqajını da özü ilə bərabər gətirir. Davamlı olaraq o keçmiş vəziyyətini və bugünkü vəziyyətini müqayisə edəcəkdir. Nəticə həmişə sizin ziyanınıza olacaq. Əmin ola biləsiniz. Əksinə, keçmiş vərdişlər üstünlük təşkil edəcək, sizin hər hansı bir səhviniz onda qıcıq yaradacaq və narazılıq gətirəcəkdir. Kişinin sizə olan marağı keçəcək, xüsusən də onun uşaqlarının böyüməsi ilə peşmançılığı daha da güclənəcəkdir. Tezliklə onlarla ayrılmasının səbəbkarının siz olduğunuzu elan edəcək. Nəticəni təsəvvür etmək çətin deyil.

 

 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam