Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

BDYPİ-nin Texniki Müayinə Mərkəzləri fasiləsiz işləyir

 

DİN-in Baş DYP İdarəsinin Texniki Müayinə Mərkəzləri bayram günlərində fasiləsiz iş rejimində 24 saat fəaliyyət göstərir.

Yenixeber.org xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri sürücülərə xidmət göstərir.

Bayram günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən müayinə mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış mərkəzləri 24 saat fasiləsiz iş rejimində sürücülərə xidmət edir.

Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Sürücülər texniki baxışdan keçmək üçün qeyd edilən ünvanlara istənilən zaman yaxınlaşa bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam