Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Kəpəz” Hospitalında narkotik istifadəçisi üçün analizlər necə təyin olunur?-FOTOLAR


Xəbər verdiyimiz kimi müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş. O, bu barədə ATV-də yayımlanan “Bizimləsən” verilişində danışıb.

Yenixeber.org: Müğənni efirdə əsassız yerə həbs edildiyini iddia edib. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev efirə qoşularaq Arzuxanım Həsənovanın narkotik ittihamı ilə həbs olunmasına aydınlıq gətirib. O, həmçinin müğəninin efirdə səsləndirdiyi iddiaları da əsassız adlandırıb:

“Polis kimisə əsassız saxlayıb fikrini səsləndirərkən diqqətli olmaq lazımdır. Çünki hər bir şəxs barəsində prosessual icraat uçota götürülür. Orada haqqında danışılan xanım narkotiklərin istifadəsi ilə bağlı Xətai rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Faktla bağlı müvafiq ekspertiza təyin olunub və onun qanında psixotrop maddə olan metamfetamin aşkar edilib.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, Arzuxanım Həsənova barəsində 15 sutkalıq inzibati tənbeh tədbiri onun ictiami mövqeyi və ailə vəziyyəti nəzərə alınmaqla 5 gün müddəti ilə əvəzlənib”.

Elşad Hacıyev xüsusi qeyd edib ki, tanınmış şəxslər hansısa mövzudan danışarkən diqqətli olmalıdırlar: “Polis əməkdaşları heç kimin sifarişini icra etmir. Müvafiq materiallar qanunvericiliklə toplanmış sənədlərdə, məhkəmə arxivlərində var və sənədlərdə təhqiqatı aparan şəxsin də imzası mövcuddur”.

Məhkəmə qərarı ilə həbs olunan Arzuxanım Həsənova efirə “Kəpəz” hospitalında analiz verərək narkotik istifadəçisi olmamasını təsdiq edən sənədlər təqdim edib. Amma araşdırmalarımız nəticəsində hüquq-mühafizə orqanlarının eskpertiza rəyinə əsasən ondan götürülən analizlər nəticəsində psixotrop maddə olan metamfetamin aşkar edilib.

Bəs görəsən “Kəpəz” Hospitalı necə analiz rəyi verib ki, Arzuxanım Həsənovada heç bir psixotrop maddə istifadə etmədiyi qeyd olunub.

Məsələ ilə bağlı Kəpəz hospitalında münasibət öyrənmək mümkün olmadı.(Xalq.online)

Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam