Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Respublikamızın şəhər və rayonlarında yaşayan uşaqlara bayram hədiyyələri verilib-FOTOLAR


 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında yaşayan uşaqlar, o cümlədən ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.

Yenixeber.org: Bu aksiya Həmrəylik Gününü və Yeni ili öz ata-baba yurdunda qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.

Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən bayram tədbirində AHİK sədrinin müavini Hikmət Osmanov uşaqları təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətindən və xalqımızın birliyindən danışıb, bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri qeyrət qalamız və mədəniyyət beşiyimiz olan Şuşanı düşməndən təmizləyib, 30 il sürən həsrətdən sonra əsl sakinlər öz yurdlarına dönüblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəlyinin məsləhətçisi Ülvi Heydərov isə bildirib ki, Yeni il bayramlarını ilk dəfə Şuşada qarşılayan fidanların öz yurdlarında təhsil almaları, hərtərəfli yetişmələri üçün hər cür şərait yaradılır.

Uşaqları təbrik edən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova isə Heydər Əliyev Fondunun böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması naminə həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib.

Sonda uşaqlara bayram sovqatları paylanılıb.

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev bildirib ki, şəhərdə aparılan abadlıq işləri işğalın fəsadlarının aradan qaldırılması istiqamətində dövlətimizin gücünü göstərir. Onun sözlərinə görə, AHİK və üzv təşkilatlar Qarabağ və Şərqi Zəngəzura qayıdan ailələrin övladları üçün bayram şənliyi keçirməkdən fərəh duyur.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov həmkarlar ittifaqlarının fəaliyyətinə toxunub, keçirilən bu cür layihələrin əhəmiyyətindən bəhs edib.

Sonda uşaqlara bayram sovqatları paylanılıb.

AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev Xocalı şəhər 1 №-li tam orta məktəbin şagirdləri üçün keçirilən bayram tədbirində diqqətə çatdırıb ki, uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi dövlətimizin uşaq siyasətinin prioritet istiqamətidir. Cəmaləddin Quliyev AHİK-in uşaqlarla bağlı həyata keçirdiyi tədbir və layihələrdən də danışıb.

Xocalı şəhər 1 №-li tam orta məktəbin direktoru Nəvai Həsənov uşaqlara göstərilən diqqəti yüksək dəyərləndirib və həmkarlar ittifaqlarına təşəkkür edib.

Tədbirdə uşaqlar vətənpərvərlik mövzusunda və bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, öz yurdlarında yaşamağın sevincini bölüşüblər.

AHİK və üzv təşkilatların nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində həmçinin Cəbrayıl, Füzuli, Zəngilan, Laçın, Xankəndi və Xocalı şəhərlərində yaşayan uşaqlarla görüşərək onlara bayram hədiyyələri veriblər.

Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bayram görüşü keçirilib. Görüşdə dövlətimizin uşaqlarla bağlı siyasətindən danışılıb, bayram təbrikləri səslənib. Sonra tədbirdə iştirak edən balacalara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hədiyyələri verilib.

Konfederasiyanın həyata keçirdiyi bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam