Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

İpoteka və Kredit Zəmanət Fondu investorlara 279 milyon manat faiz ödəyib

 

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu onun istiqrazlarının sahibləri olan investorlara 278,5 milyon manat civarında faiz ödənişləri həyata keçirib.

Yenixeber.org xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov qurumun təşkil etdiyi "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" adlı seminarda bildirib.

Onun sözlərinə görə, bu, 2009-cu ildən indiyə qədər dövriyyəyə buraxılmış 1 milyard 906,3 milyon manatlıq istiqrazlar üzrə öhdəliklərin icrası çərçivəsində baş tutub.

"Bu illər ərzində Fond kapital bazarlarından 3 milyard manata yaxın vəsait cəlb edib. Hazırda dövriyyədə ümumi dəyəri 2 milyard manatdan çox olan istiqrazlarımız var", - deyə i.Kələşov qeyd edib.

Bundan başqa, o deyib ki, Fond yüksək kapitallaşmaya malikdir: "Fondun nizanamə kapitalı dövlət büdcəsi hesabına formalaşır və hazırda 1 milyard 68,4 milyon manatdır. Kapitalın aktivlərə nisbəti 33,4 % təşkil edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam