Ərdoğan: Türkiyə qlobal səviyyəli oyunçudur, "meydan"ın bir tərəfində Putin, digər tərəfində Tramp durur
Türkiyə qlobal səviyyəli oyunçudur.
Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocali şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, bu “meydan”ın bir tərəfində Rusiya Prezidenti Vladimir Putin, digər tərəfində isə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp durur.
"Çin kimi dövlətlər, həmçinin Türkiyə də artıq bu oyuna qoşulub", - Ərdoğan vurğulayıb.