Türkiyə Ukraynada dərhal atəşkəs və ədalətli sülhə nail olmağı vacib hesab edir.
Yenixeber.org: Məlumata görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş tutan iclasının nəticələrinə dair yayılan bəyanatda deyilir.
İclas zamanı beynəlxalq hadisələrin münaqişənin gedişatına mümkün təsirləri dəyərləndirilərək, onun daha dərinləşməsinin qarşısının alınmasının lazım olduğu da vurğulanıb.
Qeyd edək ki, iclas Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.