Zaxarovanın vizası ləğv edildi -RƏSMİ AÇIQLAMA
Malta ATƏT Nazirlər Şurasının iclası üçün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya verilən vizanı ləğv edib.
Yenixeber.org: Bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya XİN-in açıqlamasında Maltanın bu qərarından “təəccüb” ifadə edilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Maltaya səfər etməyi planlaşdırır. Bu, nazirin 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra AB ölkələrinə ilk səfəri olacaq. Lavrovun səfərinin baş tutub-tutmayacağı məlum deyil.
Qeyd edək ki, Lavrov və Mariya Zaxarovaya AB, ABŞ və Böyük Britaniya sanksiya tətbiq edib.