Sazişin 90 faizi razılaşdırılıb -PAŞİNYAN
Ermənistanla Azərbaycan sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıb.
Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, həmçinin prosesin yekunlaşması və sözügedən sənədin imzalanması istiqamətində işlərin aktivləşəcəyini gözlədiyini bildirib.