Yenixeber.org: Bu barədə gürcü mətbuatı məlumat yayıb.
Məlumata görə etirazçıları dağılışmağa səsləyən xəbərdarlıq sirenası səslənir. Xüsusi təyinatlılar Azadlıq meydanından Rustaveli prospekti istiqamətində hərəkətə keçib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına üç tərəfdən yaxınlaşaraq, onları yarımmühasirəyə alıblar. Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə edir.