Redaktor seçimi
Günün xəbəri

Azərbaycan və İran xüsusi təyinatlıları birgə təlimdə -FOTOLAR

 

İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimi keçirilir.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyin məlumat yayıb, 

Təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksəksəviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Daha sonra “Araz – 2024” birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam