Redaktor seçimi
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Günün xəbəri

Azərbaycan bu həftə ikiillik Şəffaflıq Hesabatlarını təqdim edə bilər

Azərbaycan bu həftə ikiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim etməyi planlaşdırır.

Yenixeber.org xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində təşkil olunmuş Yaponiya, CAR, ABŞ, İtaliya və Qazaxıstan nazirlərinin iştirakı ilə keçirilən qlobal iqlim şəffaflığı üzrə dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ambisiyaların artırılması Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr, Milli Adaptasiya Planı və İkiillik Şəffaflıq Hesabatları vasitəsilə 1,5 dərəcə hədəfinin saxlanılması ilə bağlı dəqiq planlar tələb edir.

Bu gün təqdim olunan Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi şəffaflığı və beynəlxalq əməkdaşlığı təşviq etmək üçün kollektiv qətiyyət nümayiş etdirir.

M.Babayevin sözlərinə görə, o, Bakı Şəffaflıq Platforması ilə tandem şəklində fəaliyyət göstərir. "Bir tərəfdən, biz iqlim fəaliyyətində şəffaflığa sadiqliyimizi təsdiqləyirik, digər tərəfdən isə şəffaflıqla bağlı konkret fəaliyyətlər üçün platforma yaradırıq", - o qeyd edib.

"COP29-u bu istiqamətdə daha səmərəli addımlar atmaq üçün bir fürsət kimi nəzərdən keçirməyə çağırıram. Bakı Bəyannaməsi qlobal iqlim şəffaflığı və qlobal iqlim dəyişikliyi məsələlərində daha səmərəli addımlar atmağa təkan verəcək ", - nazir əlavə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam