Yenixeber.org: Məlumata görə, zərbə nəticəsində ən azı 8 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Məlumatda bildirilir ki, Rusiyanın Odessaya atdığı “İskender-M” ballistik raketi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
“Təəssüf ki, vurulmuş raket Odessa şəhərinin Primorsk rayonunda yaşayış məhəlləsində düşüb. Binada və ətraf ərazidə yanğın olub. Xeyli sayda ölən və yaralanan var”, - deyə məlumatda qeyd olunur.
Odessa Vilayət Adminsitrasiyaslnın rəhbəri Oleq Kiper bildirib ki, ilkin məlumata görə, 8 nəfər həlak olub, xeyli yaralı var. O, həlak olanlar arasında mülki şəxslərin polislərin və tibb işçilərinin olduğunu da əlavə edib.(UNİAN)