COP29-da irəliləyişə nail olduğumuza görə şadam
COP29-da karbon emissiyası ilə bağlı məsələdə irəliləyişə nail olduğumuza görə şadam.
Yenixebr.org xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 Sədrliyinin mətbuat konfransında deyib.
S.Stilin sözlərinə görə, tullantıların azaldılması baxımından görüləcək iş çoxdur: "İkiillik Şəffaflıq Hesabatını nəzərə alsaq, bu, iqlimlə bağlı daha güclü siyasi qərarlar qəbul etməyə imkan verəcək. Bu, uzun vaxt tələb edən prosesdir. Bu yola çıxanları rəğbətlə qarşılayıram. Bu həftə vacib siyasi qərarlar vaxtıdır. İrəliləmək, məqsədə nail olmaq istəyiriksə, kollektiv və fərdi məqsədləri yerinə yetirməliyik. Hamımız birlikdə irəli getməliyik".