Rusiyalı səfir Moldova XİN-ə çağırıldı -SƏBƏB
Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov ölkəyə məxsus iki pilotsuz təyyarənin respublikada düşməsi ilə bağlı Kişinyovun iddialarından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenixeber.org: “Rusiya səfiri bazar günü respublikanın şimalında və cənubunda iki pilotsuz təyyarənin düşməsi ilə əlaqədar çərşənbə axşamı saat 10.00-da Xarici İşlər Nazirliyinə çağırılıb”, - Moldova XİN-dən bildirilib.(TASS)