Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Ərdoğan Bakıya gəlir

 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bütün dünyanın diqqətindədir. Bakıda COP29-un rəsmi açılışına dəqiqələr qalır. Tədbirdə iştirak etmək üçün dünya dövlətlərinin liderləri Bakıya gəlir.

Yenixeber.org xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da COP29-da iştirak etmək üçün Bakıya gələcək liderlər arasındadır. Onun 11-12 noyabr tarixində Azərbaycanda səfərdə olacağı bildirilib.

Konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünün keçirildiyi Prezident Administrasiyasını tərk etməzdən öncə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yenidən ayaqüstü görüşüb. Türkiyə Prezidenti dövlət başçısı ilə sağollaşarkən “Bakıda görüşərik” deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam