İran İsrailə cavab verəcək -Xamneyi əmr verdi
İranın ali lideri Ali Xamneyi ölkənin Milli Təhlükəsizlik Şurasına İsrailə cavab zərbəsi planı hazırlamağı əmr edib.
Yenixeber.org: Bu barədə hərbi planlaşdırma ilə tanış olan adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayılıb.
Rəsmilər bildiriblər ki, Xamneyi İsrailin hücumunun Tehran ətrafındakı raket fabriklərinə və hava hücumundan müdafiə sistemlərinə, kritik enerji infrastrukturuna və ölkənin cənubundakı əsas limanına vurduğu zərərin həcminə dair hesabatı nəzərdən keçirdikdən sonra qərar verib.(“New York Times”)