“Bu, dəqiq və ölümcül cavab olacaq”
İsrailin müdafiə naziri Yoav Qalant raket hücumuna cavab olaraq ölkəsinin tezliklə İrana zərbə endirəcəyini vəd edib.
Yenixeber.org xəbər verir ki, nazir bunu Qəzza zolağında saxlanılan girovların bir qrup qohumu ilə görüşündə deyib.
“Bu, dəqiq və ölümcül cavab olacaq”, - nazir əlavə edib.
Qeyd edək ki, bundan əvvəl “Kan” dövlət televiziyası İsrailin Baş naziri Benyamin Netanyahunun Qalant və bəzi digər nazirlərlə İrana hücumun parametrləri və vaxtı ilə bağlı razılığa gəldiyini, Nazirlər Kabinetindən yekun təsdiqin gözləndiyini bildirmişdi.